Fəsilə: Amaranthaceae - Pəncərçiçəklilər print

Dünyanın tropik, subtropik və mülayim iqlimli ölkələrində, əsasən Amerika və Afrika materiklərində yayılan 65 cins üzrə 900-dən çox növü var. Azərbaycanda rast gəlinən növlər birillik və çoxillik otlardır. Bağ və bostan bitkilərinin alaq otlarıdır. Çiçəyinin rəngi əlvan olan növləri dekorativ bitki kimi bağçılıqda istifadə olunur. Ekoloji cəhətdən işıqsevən, açıq yer bitkiləridir. Cinslərin təyinində yarpağın, meyvənin və erkəkciklərin əlamətlərindən istifadə olunur. Azərbaycanda 3 cinsin növlərinə rast gəlinir, onlardan biri kulturadadır.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.