Fəsilə: Hamamelidaceae - Dəmirağacıçiçəklilər print

Əsasən, tropik ölkələrdə yayılan 19 cins üzrə 55 növü əhatə edir. Fəsilənin nümayəndələri küləklə tozlanan bitkilərdir. Adətən, çiçəkyanlıqları zəif inkişaf etmiş və ya yoxdur. Çiçəkləri əksərən xırda, bircinsli olub, çiçək qruplarına yığılır. Çiçək üzvləri dairəvi şəkildə düzülür. Dişiciyi sinekarp, tozcuqları ikihüceyrəli, yumurtacığının intequmenti, adətən, ikiqatdır. Əksərən, ağacşəkilli bitkilərdir. Azərbaycanda 1 cinsin (Parrotia) nümayəndələrinə rast gəlinir.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.