Fəsilə: Crassulaceae - Dovşankələmikimilər print

Dünyada geniş yayılmış 35 cinsə aid 1500-dən çox növü əhatə edir. Əsas cinsləri Cənubi Afrikada yayılmışdır. Gövdə və yarpaqlarının qalın və lətli olması ilə digər qrup ali bitkilərdən seçilir. Azərbaycan florasında 7 cinsi var.

Azərbaycanda fəsilənin bir, iki və çoxillik ot formalarına rast gəlinir. Gövdələri düzqalxan və ya yerə səriləndir. Yarpaqları çox vaxt rozet əmələ gətirir. Çiçəkləri müntəzəm, ikicinsli (bəzən bircinsli), adətən gövdənin yuxarısında yerləşəndir. Səciyyəvi əlamətlərindən biri növlərin vegetativ orqanları ilə asanlıqla çoxalmaq qabiliyyətinə malik olmasıdır. Fəsilə daxilində cinsləri, adətən, ləçəklərin və tacın əlamətlərinə görə fərqləndirirlər. Əksər növləri dekorativ bitkilərdir, həmçinin otaq bitkiləri kimi onlardan daha çox istifadə olunur.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.