Fəsilə: Cistaceae - Çobanqarğısıkimilər print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Cistaceae
Şimal yarımkürəsinin mülayim iqlimli ölkələrində yayılan 8 cins üzrə 200-dən çox növü vardır. Fəsilənin əsas cinsləri Aralıq dənizi ölkələrində yayılmışdır. Azərbaycanda yabanı halda 2 cinsin (Helianthemum, Fumana) növləri məlumdur. Cistus cinsinin bir neçə növü (C. laurifolius,C. salvifolius, C. tauricus və başqaları) bağ və parklarda, kulturada rast gəlinir. Fəsilə daxilində cinsləri çiçəkdə erkəkciyin, dişiciyin ağızcıq hissəsinin və qutucuqşəkilli meyvəsinin əlamətləri ilə fərqlədirmək olar. Azərbaycanda yayılan nümayəndələri bir və çoxillik ot bitkiləri, həmçinin yarımkoldurlar.
- Cins: Helianthemum - Çobanqarğısı
- Cins: Fumana - Fumana
İstifadə olunmuş ədəbiyyat siyahısı:
1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.