Fəsilə: Malvaceae - Əməköməcikimilər print

Dünyanın tropik və subtropik, bəzən mülayim-isti iqlimli ölkələrində yayılan 85 cins üzrə 1600 növü var. Onlar arasında əsl su bitkiləri və kserofit bitkilər var. Çiçəkləri müntəzəm, ikicinsli, 5 üzvlüdür. Çiçəkyanlığı ikiqat, qönçədə ləçəklər burulmuş vəziyyətdədir. Erkəkcikləri çox vaxt bitişərək boru əmələ gətirir və dişiciyi əhatə edir, gineseyi sinkarp, yumurtalığı üstdür. Fəsilənin nümayəndələrinin toxumalarında selik yollarının, epidermis üzərində budaqlanan tükcüklərin olması səciyyəvidir. Azərbaycanda yabanı və becərilən halda 10 cinsi məlumdur. 

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.