Cins: Alternanthera - Növbəlitozluqlu print

Əsasən, tropik ölkələrdə, xüsusən Amerikada 200 növü yayılmışdır. Azərbaycanda – Lənkəran aranında adventiv şəkildə bataqlıq ətrafında, çay vadilərində 1 növə rast gəlinir. Fəsilə daxilindəki digər cinslərdən yarpaqların qarşılıqlı düzülüşü, çiçəklərin yarpaqların qoltuğunda dəstələrlə yerləşməsi ilə fərqlənir. Yarpaqlarından tərəvəz kimi istifadə oluna bilər.