Cins: Celosia - Seloziya + print

Asiya, Afrika və Amerika tropiklərində yayılan 35 növündən Azərbaycanda 1 növü Lənkəran zonasında və bəzi iri şəhərlərdə dekorativ ot bitkisi kimi yaşıllaşdırmada istifadə olunur. Bənövşəyi-qırmızı rəngli çiçək qrupu, həmçinin müxtəlif rəngli yarpaqları bu bitkini bəzəkli göstərir. Çoxlu dekorativ formaları vardır. Cavan yarpaq və zoğları qida kimi istifadə olunur, toxumundan yağ alınır. Fəsilə daxilində qutucuqşəkilli meyvəsinin çoxtoxumlu olması ilə səciyyələnir.