Cins: Limonium - Dəvəayağı print

Dünyanın əksər ölkələrində, əsasən, Aralıq dənizi regionlarında, düzən vilayətlərində, şoran torpaqlarda 300-dən çox növü var. Azərbaycanın əksərən aran və dağətəyi rayonlarında (Naxçıvan, Lənkəran Muğanı, Kür aranı, Abşeron və b.) 6 növünə rast gəlinir. Onlardan ən çox yayılanı Meyer dəvəayağı növüdür. Çoxillik otlar və yarımkol bitkiləridir. Növlərin təyinində yarpağın, gövdənin və çiçəkaltlığının əlamətləri əsas götürülür. Aşı və boyaq bitkiləri kimi də faydalıdır. Yerüstü hissəsindən süpürgə düzəldilir.