Cins: Plumbago - Qurşunçiçəyi print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Plumbaginaceae
- Cins: Plumbago
Əsasən, Avroasiya ölkələrində yayılmışdır. Azərbaycanda əksər rayonlarda yayılan 1 növü məlumdur. Ona arandan yuxarı dağ qurşağınadək seyrək şəkildə daşlı-qayalı yerlərdə rast gəlinir. Gövdəsi çox budaqlanan, tacı qırmızımtıl-bənövşəyi rənglidir. Çoxillik ot bitkisidir. Aşılayıcı, boya, dərman (mədə xorasına, hemoroya, müxtəlif mənşəli şişlərə qarşı mübarizədə işlədilir) bitkisidir.
- Növ: Plumbago europaea