Fəsilə: Moraceae - Tutkimilər print

İri fəsilə olub, 65 cins üzrə 700-dən çox növü əhatə edir. Olduqca mürəkkəb morfoloji quruluşu var. Çiçəkləri bircinsli, birevli yaxud ikievli, 4-5 üzvlüdür. Çiçək tacı yoxdur, kasa yarpaqları sərbəst və ya bitişik haldadır. Yumurtalıq 1, adətən üst vəziyyətdədir. Erkəkciklərin sayı kasa yarpaqlarının sayı qədərdir. Fəsiləyə Azərbaycanda 2 yabanı və 2 kulturada olan cinsin növləri daxildir.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.