Fəsilə: Urticaceae - Gicitkankimilər print

Hər iki yarımkürənin mülayim və eləcə də tropik iqlimli ölkələrində yayılan 107 cinsə aid 1500-dən çox növü əhatə edir. Azərbaycanda 3 cinsin növlərinə rast gəlinir. Onlardan 1-i kulturadadır. Bircinsli, bir və ya ikievli, əsasən, ot bitkiləridir. Cinslər yarpağın və bitkini örtən tükcüklərin forması ilə seçilirlər. 

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.