Növ: Parrotia persica - Dəmirağacı print

 Azərbaycan üçün endem bitki hesab edilsə də, onun Şimali İranda da meşəliklər əmələ gətirməsi qeyd olunur. Qədim, üçüncü dövr reliktlərindən hesab olunur. Hündürlüyü 16-25 m-ə çatan, çox budaqlanan gövdəyə malik ağac bitkisidir. Çiçəkləri ikicinsli, ləçəkləri yoxdur. Erkəkcikləri 5-7 ədəddir. Oduncağı olduqca möhkəmdir. Suda batır, ondan maşın hissələrinin hazırlanmasında və gəmiçilikdə istifadə olunur. Payızda yarpaqları qırmızımtıl rəng alır, dekorativ bitkidir.