Fəsilə: Thymelaeaceae - Canavargiləsikimilər print

Dünyanın əksər ölkələrində, xüsusən tropik Afrika və Avstraliyada, eləcə də Aralıq dənizi hövzəsi, Qərbi, Şərqi və Cənub-Şərqi Asiyada yayılan 50 cins üzrə 750-dən çox növü var. Azərbaycanda 4 cins üzrə 9 növü məlumdur. Əsasən ikicinsli, çiçəkləri 4-5 üzvlü, aktinomorf, çox vaxt boru əmələgətirən, tacvari, üst yumurtalıqlıdır. Əlvan rəngli kol və ot bitkiləridir. 

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.