Cins: Betula - Tozağacı print

Şimal yarımkürəsində geniş yayılan 120 növü məlumdur. Azərbaycanda 5 növü var. Onlara Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində, meşələrin yuxarı sərhəddində və subalp qurşaqda rast gəlinir. Yuxarı dağ və subalp zonalarında alçaq boylu meşələr əmələ gətirir. Betula pendula “Qırmızı kitab”a daxil edilib.  

Bunlar ortaboylu ağaclardır. Erkəkcik və dişicik daşıyan çiçəklərin dixazisi sırğalara yığılmışdır. Erkəkcik daşıyan çiçəklərin dixazisi 3 çiçəklidir və dixazidən kənarda yerləşən çiçəklərin çiçəkaltlığı olmur. Çiçəkyanlığı yarpağı ikidir. Erkəkciyi 2 ədəd olub, tozluqları 2-yə bölündüyündən erkəkciklər 4 ədəd görünür. Dişicik daşıyan çiçəklərin də dixazisi 3 çiçəklidir. Meyvəsi fındıqcadır və yanında qanadabənzər əlavəsi vardır. Boya, dekorativ və çox qiymətli dərman bitkisi kimi əhəmiyyətlidir.