Fəsilə: Lythraceae - Ağlarotkimilər print

Əsasən, tropik və subtropik ölkələrdə (xüsusən Amerikada), az sayda isə mülayim və soyuq iqlimli ölkələrdə yayılan 28 cins üzrə 600-dən çox növü var. Rütubətli yerlərdə, su-bataqlıq şəraitində bütün növlər üstünlük təşkil edir. Azərbaycanda yabanı halda 4, kulturada isə 2 cinsin növlərinə rast gəlinir. İkicinsli çiçəklərə malik, meyvəsi çoxtoxumlu qozaşəkilli olan, çox və ya birillik ot bitkiləridir. 

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.