Cins: Androsace - Dəlikçiçək print

Şimal mülayim qurşaqda 100-dən artıq növü yayılmışdır. Azərbaycanda 8 növə rast gəlinir. Onlar respublikanın əksər rayonlarında, arandan alp qurşağınadək, daşlı-çınqıllı yerlərdə, qaya çatlarında, alp çəmənliklərində, çay vadilərində yayılmışdır. Bir və çoxillik otlardır. Çiçəkləri çətir tipli çiçək qrupunda toplanır. Tacı boruşəkili, meyvəsi qutucuq tiplidir. Növləri bir-birindən çiçək saplağının və kasayarpağının əlamətləri ilə fərqlənir. Dekorativ bitkilərdir.