Cins: Glaux - Qaranquşotu print

Şimal yarımkürəsinin mülayim iqlimli ölkələrində 1 növü vardır. Bu növə Azərbaycanda Talışın meşəsiz Zuvand (Diabar) hissəsində, Naxçıvan və Kiçik Qafqazın cənubunda, rütubətli şorakət torpaqlarda, yarğanlarda rast gəlinir. Alçaq boylu (4-15 sm) çoxillik ot bitkisidir. Çiçəkləri tək-tək yerləşir, kasayarpağı qırmızımtıl və ağımtıl rəngdədir. Boya əhəmiyyətli, zəhərli bitkidir.