Cins: Cyclamen - Meşənovruzu print

Aralıq dənizi, Qara dəniz və Xəzər dənizininin sahil zonalarında və dağlarda yayılan 55 növündən Azərbaycanda 1 növə rast gəlinir. Zərif meşənovruzu növü Lənkəran ərazisində ayrı-ayrı və qrup şəklində çay sahili və dağ meşələrində yayılıb, daha çox ehtiyatı var. Kökümsovlu ot bitkisidir. Ovalşəkilli yarpaqları kökətrafına toplanmışdır, bənövşəyi və gül rəngində çiçəkləri var. Olduqca dekorativ bitkidir. Dərman əhəmiyyətlidir, yarpaqlarında “C” vitamini var. Tərkibində müxtəlif qlükozidlər vardır, zəhərlidir.