Cins: Tamarix - Yulğun print

Avroasiya və şimali şərqi Afrikanın səhra və yarımsəhra ekosistemlərində yayılan 90-dan artıq növü var. Azərbaycanda 10 növünə rast gəlinir. Onlara respublikanın əksər rayonlarında aran, dağətəyı, aşağı dağ qurşaqlarında, bəzən dağlıq ərazilərdə orta dağ qurşağınadək rast gəlinir. Çay vadilərində, gilli torpaqlarda, yarımsəhra və tuqay tipli ekosistemlərdə yayılır. Növləri bir-birindən çiçək qrupunun və çiçəyin digər əlamətləri ilə fərqlənirlər. Bütövlükdə yulğun növləri arasında təbii hibridləşmə prosesi getdiyindən onların təyini xeyli çətindir. Yulğunun meliorativ əhəmiyyəti böyükdür. Həmçinin onlar arasında boya əhəmiyyətli, aşılayıcı, bal verən, dekorativ növlər vardır.