Cins: Cleome - Kleome print

Tropik və subtropik ölkələrdə yayılan 70 növü var. Azərbaycanda 3 növünə rast gəlinir. Onlara respublikanın əksər rayonlarında arandan yuxarı dağ qurşağınadək çay vadilərində, daşlı-çınqıllı yamaclarda, qumsal yerlərdə təsadüf olunur. Ləçəkləri ağımtıl və qırmızı, toxumları qəhvəyi rəngdə olan birillik ot bitkiləridir. Efir yağlı bitkilərdəndir.