Fəsilə: Rutaceae - Sədokimilər print

Tropik, subtropik və isti-mülayim iqlimli ölkələrdə, xüsusən Cənubi Afrika və Avstraliyada yayılan 150 cins üzrə 1500-1600 növü var. Əsasən, tropik və subtropik ölkələrdə yayılan ağac, kol və ot bitkiləridir. Çiçəkləri ikicinslidir, müntəzəm, az hallarda ziqomorfdur. Erkəkcikləri bəzən zəif inkişaf edir. Kasa yarpaqları 4-5 bölümlüdür. Ləçəkləri 4-8 ədəd olub, vəzli diskvari hissənin kənarına bitişir. Erkəkcikləri 4-5 və ya çox, yumurtalığı üst vəziyyətdədir. Meyvəsi qutucuq, çəyirdək yaxud giləmeyvədir. Əsasən, həmişəyaşıl ağac və koldur, bəzən bir və çoxillik ot bitkiləridir. Azərbaycanda yabanı halda 2, əkilib-becərilən isə 7 cinsin növlərinə rast gəlinir. Efir yağlı bitkilərdir.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.