Fəsilə: Anacardiaceae - Sumaqkimilər print

Əsasən, tropik və subtropik, az miqdarda mülayim iqlimli ölkələrdə 80-85 cins üzrə 600-dən çox növü yayılmışdır. Həmişəyaşıl və ya qışda yarpağını tökən ağac və kollardır. Azərbaycanda 3 cinsin növləri yayılıb. Bu cinslər saqqızağacı, sumaq və sarağandır. Saqqızağacı digər cinslərdən ləçəklərinin və ləpəsinin, sumaq cinsi isə sarağandan yarpaqlarının əlamətləri ilə seçilir. 

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.