Cins: Reseda - Rezeda print

Avroasiyada 8 növü yayılmışdır. Azərbaycanda 6 növə rast gəlinir ki, onlardan 1-i kulturadadır. Onlar Respublikanın əksər rayonlarında, arandan orta dağ qurşağınadək, quraq otlu yamaclarda, daşlı-çınqıllı yerlərdə, çay kənarlarında, kolluqlarda, alaq bitkisi kimi bostan və əkinlərdə, yol kənarlarında yayılmışdır. Bir, iki və çoxillik otlardır. Geniş yayılan bitkilərdir.Yalnız bir növü (R.phyteuma) adventiv bitki sayılır və Naxçıvandan məlumdur. İyli rezada növü ətirli bitki kimi becərilir. Cinsin növlərinin təyinində kasayarapaqlarının sayı, çiçək qrupunun forması,qutucuq tipli meyvənin əlamətləri əsas götürülür. Boya, efir yağlı, dərman, dekorativ və kosmetik əhəmiyyətli bitkilərdir.