Fəsilə: Biebersteiniaceae - Biberşteniyakimilər print

Avroasiya və Qafqazda yayılan 1 cinsə aid 4-5 növü var. Ətirşahçiçəklilər fəsiləsindən əsasən meyvəciyin yuxarı hissəsindəki əlavəsinin olmaması ilə fərqlənir. Erkəkciklərin hamısının (10) tozluqlu, çiçəklərin sarı rəngdə və salxım tipli çiçək qrupunda olması, yarpaqaltlığının saplağa bitişməsi, Ətirşahçiçəklilərə nisbətən toxumunun sadə quruluşlu, xromosomlarının daha iri və azsaylı olması ilə fərqləndirilir. Çiçəkləri müntəzəm və çiçəkyanlığı yarpaqları 5 saylıdır. 

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.