Cins: Sedum - Dovşankələmi print

Avroasiya və Şimali Amerikada yayılan 180 növündən Azərbaycanda 18 növə rast gəlinir. Onlar respublikanın əksər rayonlarında, aşağı dağ qurşağından alp qurşağınadək, ən çox dağlıq ərazilərində, daşlı-qayalı yerlərdə, qaya çatlarında, çay vadilərində, meşə və kolluqlarda yayılmışlar. Əksər növlər geniş yayılsa da, Azərbaycandan təsvir olunan nadir növləri də vardır. Çiçəkləri müntəzəm, ləçəkləri ağ, sarı, qırmızı, bir və çoxillik otlardır. Növlərin təyinində çiçəyin rəngi, çiçək qrupunun və meyvəsinin əlamətləri əsas götürülür. Dərman bitkisi kimi qədim vaxtlardan istifadə olunan növləri vardır. Örtülü və açıq şəraitdə yaşıllaşdırmada geniş istifadə olunur.