Cins: Prometheum - Prometeum print

Cənub-Şərqi və Kişik Asiyada və eləcə də Qafqazda yayılan bir neçə növündən Azərbaycanda 2 növə rast gəlinir. Onlara respublikanın əksər rayonlarında, orta və yuxarı dağ qurşağında, quraq, daşlı-çınqıllı yamaclarda, qaya çatlarındarast gəlinir. İkiillik, alçaq boylu (4-25 sm) bitkilərdir. Ləçəkləri qırmızımtıl- bənövşəyi, bəzən ağımtıl rənglidir.