Cins: Philadelphus - Çubuqluca və ya leyləkotu print

Avrosiya və Şimali Amerikada mülayim iqlimli ölkələrdə yayılan 50-yə qədər növü var. Azərbaycanda yabanı halda 2 növü məlumdur. Yabanı halda Böyük Qafqazın qərb ərazilərində orta dağ qurşağı meşələrində yayılması qeyd olunur. Ləçəkləri ağımtıl, olduqca ətirlidir. Yarpaqları açıq-yaşıl rəngli, növbəli düzüləndir. Hündürlüyü 2-4 m olankol bitkiləridir. Dekorativ bitkidir, boya və ətriyyat sənayesində istifadə oluna bilər.