Cins: Fumana - Fumana print

Avroasiya və Qafqazda yayılan 10-larla növündən Azərbaycanda 2 növü yayılmışdır. Onlara əksər rayonlarda, aşağı və orta dağ qurşaqlarında daşlı-qayalı yerlərdə, gilli-əhəngdaşlı qayalarda, kolluqlararasında, quraq çay vadilərində rast gəlinir. Hündürlüyü 40 sm-dək olan, budaqlı-gövdəli yarımkol bitkilərdir. Ləçəkləri 5 ədəd olub, qızılı-sarı rənglidir. Fəsilə daxilində digər cinsdən, əsasən yarpaqların növbəli düzülüşü, kənar sırada yerləşən erkəkciklərin steril olması, dişiciyin ağızcığının 3 bölümlü olması ilə fərqlənir. Cinsin növləri isə bir-birindən yarpağın və vəzli tükcüklərin olub olmaması ilə seçilir.