Cins: Malva - Əməköməci print

Dünyada geniş yayılan 125 növündən Azərbaycanda 6 növə rast gəlinir. Azərbaycanda əməköməci növlərinə əksər rayonlarda, arandan orta dağ qurşağınadək müxtəlif bitmə şəraitlərində, yol kənarları, çay vadiləri, alaq kimi bağ və bostanlarda, zibilli yerlərdə, seyrək meşə və kolluqlarda təsadüf olunur. Cins daxilində növləri bir-birindən bitkinin (o cümlədən, meyvəsinin) və çiçəyin erkəkcik borusunun çılpaq yaxud tükcüklərlə örtülü olması, tacın forması və rəngi kimi əlamətləri ilə fərqləndirirlər. Əməköməci növləri yeyilən, qiymətli dərman, boya, vitaminli və texniki bitkilərdir.