Cins: Alcea - Gülxətmi print

Aralıq dənizi və Qafqaz ölkələrində yayılan 60-a yaxın növündən Azərbaycanda 9 növə rast gəlinir. Onlardan 1 növü kulturadadır. Azərbaycanın əksər rayonlarında arandan orta dağ qurşağınadək quraq yamaclarda, kolluqlarda və alaq bitkiləri arasında təsadüf olunur. Gülxətmi növləri arasında kiçik lokal areala malik olan növlər də vardır ki, onlar “Azərbaycanın Qırmızı kitabı”na daxil edilmişdir (Qusar gülxətmisi - Alcea kusariensis, Lənkəran gülxətmisi - Alcea lenkoranica). Cins daxilində növlər bir-birindən tacın rəngi, yarpaq, meyvə və gövdəsinin əlamətləri ilə fərqləndirilir. Dərman, dekorativ, boya, vitaminli və texniki əhəmiyyətli bitkilərdir. Çəhrayı gülxətmi növü bağ və parklarda yaşıllaşdırmada geniş istifadə olunur.