Fəsilə: Rhamnaceae - Murdarçakimilər print

Fəsilənin nümayəndələri çox geniş (kosmopolit) areala malikdir.Onlar daha çox tropik və subtropik ölkələrdə yayılmışdır. Fəsilənindünyada 60 cins üzrə 900-dən çox növü var. Əsasən ağac və kollardır. Çiçəkləri ikicinsli, 4-5 üzvlü, ləçəkləri xırdadır. Azərbaycanda yabanı halda 3, becərilən halda 2 cinsi məlumdur. Fəsilə daxilində cinslər meyvələrinin quru və dairəvi qanadlı (Palliurus) və şirəli, qanadsız (Frangula, Rhamnus) olmaları ilə fərqləndirilir.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.