Fəsilə: Cornaceae - Zoğalçiçəklilər print

Fəsilə Cənubi Çində, Mərkəzi Amerikada, Peru, Boliviya və Şərqi Amerikada yayılan 3-6 cins üzrə 55 növü əhatə edir. Azərbaycanda 2 cinsin növlərinə rast gəlinir. Ağac və kol bitkiləridir. Çiçəkləri müntəzəm, ikicinsli və ya bircinsli, ikievli, kasayarpağı və ləçəkləri 4 (5) ədəddir. Yumurtalıqları alt vəziyyətdə, meyvələri çəyirdəyəbənzərdir. Fəsilə daxilində cinslər (zoğal, qaramurdarça) bir-birindən çiçəyin və meyvənin əlamətləri ilə asan seçilir.

  • Cins: Swida - Qaramurdarça və ya dəli zoğal
  • Cins: Cornus - Zoğal

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.