Cins: Ficus - Əncir print

Yabanı halda Aralıq dənizi sahillərində, Kiçik Asiyada, İranda və Şimal-Qərbi Hindistanda bitir. Dünyanın bir çox ölkələrində qədim mədəni bitki kimi əkilib becərilib. Arxeoloqların məlumatına görə, əncir Asiyada Paleolitdən (5000 il bundan əvvəl) becərilmişdir. Avropada isə tarixi 2000 ildir. Yer kürəsinin əsasən, isti iqlimli ölkələrində, yabanı və mədəni halda 600-dən çox növ və sortları var. Azərbaycanda yabanı halda 1 növü var.