Cins: Broussonetia - Kağız ağacı + print

Təbii arealı Şərqi və Cənub-Şərqi Asiyanı əhatə edən 8 növü var. Azərbaycanda 2 növə Abşeronda, Gəncədə, Kür-Araz düzənliyi rayonlarında, parklarda rast gəlinir. Tut ağacına oxşayır, lakin ondan yarpaqlarının sıx tükcüklərlə örtülü olması ilə, şarşəkilli yeyilməyən meyvələri ilə fərqlənir. Meyvələri qırmızı, çəhrayı olub, çox bəzəklidir. Çiçəkləri ikicinslidir. Hündürlüyü 10-12 m-ə çatan ağac və ya iri koldur. Növləri bir-birindən meyvə və çiçəklərinin quruluşu ilə fərqləndirilir. Torpağa az tələbkardır. Ekstremal şəraitə dözümlüdür. Yaşıllaşdırmada istifadə olunur.