Cins: Morus - Tut print

Şimal yarımkürəsinin mülayim iqlimli qurşağında, tropik iqlimli dağlarda və Qafqazda yayılan 10 növü var. Azərbaycanda əkilən və yabanılaşmış halda 3 növü yayılıb. Arandan orta dağ qurşağınadək respublikanın bütün rayonlarında bağ və parklarda, yabanılaşan halda ən çox tuqay meşələri tərkibində yayılıb. Hündürlüyü 20-25 m-ə çatan ağac bitkiləridir. Yarpaqları sadə, növbəli düzüləndir. Çiçəkləri bircinsli, birevlidir. Erkəkcikli çiçəklər seyrək, dişicikli çiçəklər sıx yerləşir. Oduncağı möhkəmdir, ondan musiqi alətləri düzəldilir. Yarpaqlarından ipəkqurdunun yemlənməsində istifadə olunur. Yaşıllaşdırmada, dekorativ bitki kimi əhəmiyyətlidir. Vitaminli, boya, bal verən bitki kimi də faydalıdır.