Cins: Parietaria - Parietariya və ya qayaotu print

Mülayim qurşaqdayayılan 10-12 növdən Azərbaycanda 4 növünə rast gəlinir. Onlara Azərbaycanın əksər rayonlarında, arandan orta dağ qurşağınadək meşə və kolluqlarda, xüsusən qaya çatlarında, daş və qayaların kölgəsində təsadüf olunur. Əvvəlki cinsdən tükcüklərin dalayıcı olmaması ilə fərqlənir. Yarpaqları növbəli düzülənbir və çoxillik otlardır. Çiçəkləri bir və ikicinslidir. Bircinsli dişicikli çiçəklər adətən çiçək qrupunda aşağı tərəfdə yerləşir, yuxarıda ikicinsli çiçəklər olur. Erkəkcikləri 4, meyvəsi fındıqçadır. Bəzi növləri texniki və dərman əhəmiyyətlidir.