Cins: Chrozophora - Lakmusotu print

Avroasiya, Afrika və Qafqazda 11 növü yayılmışdır. Azərbaycanda 2 növü var. Azərbaycanın bütün rayonlarında aran, aşağı və qismən orta dağ qurşağında quraq yamaclarda, bağ və bostanlarda alaq bitkisi kimi yayılıb. Ulduzvari tükcüklərlə örtülü birillik bitkilərdir. Çiçəkləri sünbül və ya salxım tipli çiçək qrupuna yığılır. Meyvəsi qutucuqdur. Meyvə və yarpağından alınan şirə parça, kağız və yeyinti məmulatlarını göy rəngə boyayır.