Fəsilə: Valerianaceae - Pişikotukimilər print

Şimal yarımkürəsində, xüsusən Aralıq dənizi ölkələri və Qərbi Asiyada, eləcə də Amerika və Afrikada yayılan 13 cins üzrə 400-dən çox növü var. Azərbaycanda 4 cinsin növləri yayılıb. Çoxillik və birilik otlardır. Yarpaqları lələkvari bölümlü, yarpaqaltlığı inkişaf etməmişdir. Çiçəkləri tək-tək yaxud başcıq çiçək qrupunda toplanır. Tacı boruşəkilli, erkəkcikləri 3 (bəzən 1), yumurtalıq alt, meyvəsi toxumca tiplidir. Növlərin təyinində meyvənin əlamətlərindən geniş istifadə olunur.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.