Cins: Lythrum - Ağlarot print

Avroasiya, Afrika və Avstraliyada yayılan 30 növdən Azərbaycanda 6 növü var. Onlar Xəzərətrafı, Kür-Araz ovalığı, Abşeron, Lənkəran ovalığında geniş yayılmışdır. Ağlarot növləri çoxillik və ya birillik otlardır. Kasayarpaqları zəngşəkilli, ləçəkləri 6-4, dişiciyin ağızcığı girdəşəkillidir. Qutucuqşəkilli meyvəsi çoxtoxumludur. Bu cinsin növlərində çiçəyin quruluşunda üç formalılıq (triformizm) təsadüf edilir. Bitkilər aləmində dimorfizm geniş yayılsa da, trimorfizm nadir hadisədir ki, ona bu cinsdən başqa Oxalidaceae fəsiləsində rast gəlinməsi qeyd olunur.  Ağlarot növləri bal arısının qidasını təşkil edir və tərkibində aşılayıcı maddə vardır.