Cins: Ammannia - Ammaniya print

Hər iki yarımkürənin tropik və subtropik ölkələrində yayılan 30 növündən Azərbaycanda 4 növü var. Onlar, əsasən, Lənkəran və Kür-Araz ovalıqlarından, Alazan-Əyriçay vadisindən, rütubətli, sucaq yerlərdən məlumdur. Çiçək qrupu və kasayarpağının əlamətləri ilə digər cinslərdən fərqlənir. Cinsin növləri isə bir-birindən dişiciyin sütuncuğunun, kasayarpağında dişiciklərin və meyvəsinin əlamətləri ilə seçilir. Birillik, gövdələri çox vaxt çılpaq ot bitkiləridir.