Fəsilə: Rubiaceae - Boyaqotukimilər print

Hər iki yarımkürədə, xüsusən, tropik ölkələrdə yayılan 450-500 cins üzrə 6000-7000 növü məlumdur. Çiçəkləri əsasən, müntəzəm və ikicinslidir. Tacı boru, qıf, zınqırov yaxud təkərşəkillidir. Erkəkcikləri 3-5 (6), yumurtalığı alt vəziyyətdə, ikiyuvalıdır. Çiçəkləri yarımçətir tipli çiçək qrupuna toplanmışdır. Meyvəsi qutucuq və fındıqca tiplidir. Yarpaqların gövdədə dəstələrlə yerləşməsi və yarpaqaltlığının inkişafı olması da fəsiləni səciyyələndirən əlamətlərdir. Azərbaycanda 11 cins üzrə 68 növü yayılıb. 

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.