Növ: Lythrum salicaria - Söyüdyarpaq ağlarotu print

Söyüdyarpaq ağlarot növü (L.salicaria)  Azərbaycanın əksər rayonlarında arandan yuxarı dağ qurşağınadək (1900 m) çay, kanal, bulaq kənarlarında, meşə və kolluqlarda, rütubətli yerlərdə, bağ və bostanlarda yayılıb. Bu növdə trimorfizm hadisəsini maraqlı təbiət hadisəsi kimi vaxtilə Ç.Darvin müşahidə etmişdir. Bunlarda üç formada (uzun, orta, qısa) erkəkcik və dişiciklər vardır. Ç.Darvinin fikrincə, üç formalı çiçəkdə mayalanma ehtimalı daha yüksək olur və belə bitkilər müəyyən ekoloji şəraitə uyğunlaşırlar.