Cins: Punica - Nar print

Bu cinsə daxil edilən adi narın (P. granatum) təbii arealı Qərbi Asiyadan Şərqə, Şimal-Qərbi Hindistana qədər uzanır. Bu növ Azərbaycanda da geniş yayılıb. Qrup halındavə cəngəlliklər formasında Azərbaycanın əksər rayonlarında, çay vadilərində,qumlu, çınqıllı yamaclarda yayılıb. Həmçinin narın müxtəlif sortları geniş surətdə əkilib becərilir. Hündürlüyü 3-5 m olan ağac və ya koldur.Yarpaqları uzunsovdur. İri, əlvan ləçəkli çiçəkləritək-tək yerləşir. Sədbər çiçəkli formaları da məlumdur. Nar qiymətli meyvə bitkisidir. Toxumu (“giləsi”) “C” vitamini ilə zəngindir, ondan alınan şirə içilir. Nardan həmçinin çaxır, şərbət alınır. Aşılayıcı və boya bitkisi kimi qiymətlidir. Çiçəyindən, qabığından və kökündən alınan cövhəri dərman vasitəsidir. Dekorativ bitki kimi faydalıdır.