Cins: Acer - Ağcaqayın print

Avroasiyada yayılan 120 növü vardır ki, bunlardan Azərbaycanda yabanı halda 14 növə rast gəlinir. Qışda yarpaqlarını tökən ağac və kollardır. Bir neçə növü dekorativ bitki kimi əkilib becərilir. Respublikanın əksər rayonlarında arandan subalp qurşağadək (2400 m) müxtəlif tip meşə formasiyalarının tərkibində yayılıb. Yarpaqları barmaqvari 3-5 (9) yarpaqcıqdan ibarətdir. Çiçəkləri 5 üzvlü, ikicinsli, bəzən bircinsli və ikievli, süpürgə yaxud qalxan tipli çiçək qruplarında toplanmışdır. Erkəkcikləri adətən 8, meyvəsi 2 qanadlı, toxumu endospermsizdir. Oduncağı qiymətlidir. Yaşıllaşdırmada, həmçinin boya sənayesində, dülgərlikdə və mebel sənayesində istifadə olunur.