Cins: Koelreuteria - Yalançı sabunağacı + print

Əsasən, Şərqi-Asiyada yayılan 7 növü var. Azərbaycanda yaşıllaşdırmada 3 növünə rast gəlinir. Yarpaqları 1-2 lələkvari bölümlüdür. Çiçəkləri sarı rəngli olub, süpürgə tipli çiçək qrupunda yerləşir. Meyvələri qutucuqdur. Torpağa az tələbkar, dözümlü ağac və kollardır.