Fəsilə: Oleaceae - Zeytunkimilər print

Dünyada, xüsusən, subtropik vilayətlərdə geniş yayılan 30 cins üzrə 600-dən çox növü məlumdur. Həmişəyaşıl və qışda yarpağını tökən, yarpaqaltlıqsız ağac və kollardır. Çiçəkləri müntəzəm, ikicinsli yaxud bircinsli, ikievlidir. Çiçəkyanlığı yarpaqları əksərən 4 üzvlü, erkəkcikləri 2 (3-5) ədəd, yumurtalığı üst vəziyyətdədir. Meyvəsi qutucuq, qanadmeyvə, çəyirdəkmeyvə yaxud giləmeyvədir. Azərbaycanda 5 cinsin növlərinə rast gəlinir ki, onlardan  2-si kulturadadır. Cinsləri bir-birindən çiçəkdə çiçəkyanlığının olub-olmaması, yarpağın və meyvənin əlamətləri ilə fərqləndirilir.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.