Cins: Haplophyllum - Sədovər print

Aralıq dənizi ölkələrində, Qərbi və Mərkəzi Asiyada, Kanar adalarında 500-dən çox növü yayılmışdır. Azərbaycanda 4 növə rast gəlinir. Cinsin növləri arandan orta dağ qurşağınadək, quraq qumsal və daşlı yamaclarda yayılmışdır. Çiçəklərinin ikicinsli və müntəzəm olması, kasayarpağı və ləçəklərin 5, erkəkciklərin 10, meyvəsinin qutucuq tipli olması ilə fərqlənir. Növləri isə yarpağın, yumurtalıq və qutucuğun əlamətləri ilə seçilir.