Növ: Dictamnus caucasicus - Qafqaz alışanı print

Dictamnus caucasicusQafqaz alışanı Azərbaycanda - Qafqaz və Naxçıvan regionlarında, aşağı və orta dağ qurşaqlarında, seyrək meşə və kolluqlarda, daşlı-qayalı yamaclarda, çay vadilərində yayılmışdır. Çoxillik ot bitkisidir. Gövdəsinin tükcüklü olması, salxım tipli çiçək qrupu, göyümtül-qırmızı rəngli, erkəkcik sapları uzun olan çiçəkləri ilə asan seçilir.