Cins: Zanthoxylum - Zantoksilum + print

Dünyanın tropik və subtropik iqlimli ölkələrində yayılan 150 növü var. Onlardan 3 növü Bakıda Nəbatat bağında və Mərdəkan Dendrologiya bağına introduksiya edilib. Kəskin iyli, tikanlı ağac və ya koldur. Yarpaqları tək lələkvaridir. Bir və ya ikicinsli, xırda çiçəkləri salxım tipli çiçək qrupuna yığılır. Meyvəsi qutucuqdur. Canlı çəpərlərin tərtibində və yaşıllaşdırmada istifadə olunur.