Cins: Pistacia - Saqqız ağacı print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Anacardiaceae
- Cins: Pistacia
Dünyanın tropik və subtropik iqlim qurşaqlarında yayılan 20 növündən Azərbaycanda 1 növə təbii halda, 1 növə isə mədəni halda rast gəlinir. Bu növlər bir-birindən yarpaqcıqların və çəyirdəyin forması ilə seçilir. Pistacia cinsi fəsilənin digər cinslərindən ləçəklərinin olmaması, ləpəsinin isə ətli və qalın olması ilə fərqlənir. Qida, texniki və tibbi əhəmiyyəti var.
- Növ: Pistacia mutica - Kütyarpaq püstə
- Növ: Pistacia vera - Həqiqi püstə +